Suriyada "Əl-Nusra Cəbhəsi" terrorçularının belçikalı lideri öldürülüb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Belçikanın "RTBF" telekanalı məlumat verib:
"Əb-Süleyman əl-Belqiki ləqəbli terrorçu və onun silahdaşı Ruandı Andi Bizala Lubanza İdlib şəhərində ABŞ pilotsuz aparatlarının bombardmanı zamanı həyatını itirib. Hər iki terrorçu Belçika vətəndaşıdır və bir müddət öncə terrorçulara qoşulmaq məqsədilə Suriyaya gedib".
Samir