8 Aprel 2016 20:53
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Qüdsdəki Əqsa məscidinin axundunu həbs edib. Teleqraf.com xəbər verir ki, bu barədə Qüds İslam Cəmiyyətlərinin nümayəndəsi Firas ed-Dabes məlumat verib.

Məlumatda qeyd olunur ki, şeyx Məhəmməd Səlim cümə namazından sonra Əqsa məscidindən çıxarkən polis tərəfindən həbs edilib. O, cümə xütbəsində İsrailin məscidə basqılarını sərt tənqid edib.

Qeyd edək ki, son günlər İsraildə fələstinlilərlə polis arasında qarşıdurma güclənib. Qərbi Şeria, Qəzza vı Qüdsdə İsrailin təzyiqlərinə etiraz olaraq fələstinlilər aksiyalar keçiriblər.

Ayxan


Müəllif:

Oxşar xəbərlər