Parisdə Əmək Məcəlləsi islahatlarına etiraz edən həmkarlar ittifaqlarının aksiyası iğtişaşlara çevrilib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Assiocated Press bildirib. Etirazçılar polisə butulka və fişəng atıblar. Polis isə etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Bu gün Fransada 200-dən çox anti-hökumət nümayişi keçirilir. Renn şəhərindəki aksiya da qarşıdurma ilə müşayiət olunub. Polis aksiyaçılara qarşı bibər qazı istifadə edib. İki nəfər xəsarət alıb.
Həmkarlar ittifaqlarının məlumatına görə, aksiyalara yarım milyon fransız qatılıb. Polis isə aksiyaçıların sayının 224 min nəfərə yaxın olduğunu bidirib.
Nihad