11 Aprel 2016 12:14
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Minsk öhdəlikləri yerinə yetirilməyənə qədər Rusiyaya qarşı sanksiyalar davam etdirilməlidir".

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bu sözlər Xirosimada keçirilən "Yeddilik" ölkələri xarici işlər nazirlərinin ikigünlük görüşünün yekun bəyanatında yer alıb. Bəyanatda "G7" ölkələri Rusiya ilə danışıqların vacibliyini etiraf edib.

Sənəddə həmçinin Suriya böhranı və terrorçuluqla mübarizə məsələləri ilə bağlı fikirlər yer alıb: "Suriya hazırda bütün tərəflərin maraqlarını qarşılamağı bacaran yeni hökumətə ehtiyac duyur. Terrorçuluqla mübarizə məsələsi "Böyük yeddilik" liderlərinin mayda keçiriləcək görüşündə müzakirə mövzusu olacaq".

Samir


Müəllif: