11 Aprel 2016 12:50
2 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqton səfərində ABŞ PKK ilə bağlı yeni təklif irəli sürüb.

Teleqraf.com-un Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, ABŞ-ın yüksək çinli şəxsləri PKK ilə "çözüm sürəci" adlanan dinc həll variantının bərpasını istəyiblər.

Türkiyə prezidenti və heyət üzvləri təklifin qarşısında dinc həll variantını onu pozanların başalamtalı olduğunu bildiriblər. Türkiyə tərəfi terror təşkilatının yalnız silahı buraxmasından sonra danışıqların bərpasını mümkün sayıb.

Vaşinqtondakı danışıqların gedişində bu yöndə ABŞ-ın vasitəçilik təşəbbüsündən də imtina olunub.

Bir neçə gün öncə ABŞ-ın Türkiyədəki səfiri Con Bass PKK-nı şiddətə son qoymağa, silahları buraxmağa, dinc danışıqlara başlamağa çağırması da bu kontekstdə anlaşılır.

Daha sonra PKK-nın Avropa nümayəndəsi Zübeyr Aydar ABŞ-ın vasitəçilik missiyasına başlaması və tərəfləri bir masa ətrafına gətirməsi zərurətini qeyd eləmişdi.

Türkiyə bu təşəbbüsləri özünə qurulan tələ kimi qəbul edir.

Mahir


Müəllif: