12 Aprel 2016 23:22
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror qruplaşmasının Hindistanda terror törədə biləcəyinə dair məlumat yayılıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Hindistanda İŞİD üzvü olan qadının terror planlaşdırmasına dair ölkənin Daxili İşlər Nazirliyinə məlumat daxil olub. Məlumatda qeyd edilir ki, Hindistan kökənli Kanada vətəndaşı olan qadın Dehlidə terror törətməyi planlaşdırıb.

Təhlükəsizlik xidməti qadının İŞİD ilə əlaqələrini araşdırır. Məlumat ictimailəşdikdən sonra Dehli sakinləri narahatlıq keçiriblər. İnsanlar qadının dərhal həbsini tələb edirlər.

Ayxan


Müəllif:

Oxşar xəbərlər