Bitlisin Güroymak mahalında təşkil edilən antiterror əməliyyatı zaman; başına 1 milyon lirə mükafat qoyulan PKK-nın Garzan təşkilatının rıhbəri, "Hemgin Koçer" ləqəbli Ç.A da daxil olmaqla 2 PKK-çı məhv edilib, 2 terrorçu isə yaralı ələ keçirilib.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbərinə görə, 4 nəfərlik PKK-çı qrupun Güroymakda hökumət evi, polis və digər inzibati binalara hücum edəcəyi barədə məlumat daxil olub. Bu məlumatdan sonra polis ərazidə təhlükəsizlik tədbirləri görüb. Təcavüzkarlar Muşun Altınova rayonundan Güroymaka girmək istəyərkən pilotsuz təyyarə vasitəsilə aşkar ediliblər.
Terrorçular polisin təslim olmaq əmrinə tabe olmayıb və atəş açıblar. Polisin qarşılıq verməsindən sonra 2 PKK-çı öldürülüb, 2-si isə yaralı halda hadisə yerindən qaçarkən yaxalanıblar.
Yaralı terrorçular dindirildikdən sonra hücumun PKK-nın Garzan təşkilatının rıhbəri, "Hemgin Koçer" ləqəbli Ç.A tərəfindən planlaşdırıldığı və şəxsən hücumda iştirak etdiyi müəyyən edilib. Əməliyyat tədbirləri nəticəsində Hemgin Koçer də məhv edilib. Qeyd edək ki, onun başına 1 milyon lirə mükafat qoyulmuşdu.
Əməliyyat nəticəsində 50 kq partlayıcı maddə, 1 snayper, bir avtomat tüfəng, 2 Kalaşnikov avtomatı, 1 raket, xeyli miqdarda patron ələ keçirilib.
Nihad