14 Aprel 2016 14:30
1 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Türkiyə və Misirə uçuşların bərpa edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirib.


Teleqraf.com xəbər verir ki, canlı yayımda vətəndaşların suallarını cavablandıran Putinin sözlərinə görə, hazırda bu ölkələrdə vəziyyət gərgindir və ora getmək təhlükəlidir:

"Biz bunu gizlədə bilmərik ki, bu ölkələrdə vətəndaş müharibəsi gedir. Türkiyədə demək olar ki, hər gün terror olur. Türkiyə və Misirə getmək təhlükəlidir. Bunu vətəndaşlarımızdan gizlədə bilmərik. Türkiyə rəhbərliyi radikallarla əməkdaşlıq etdiyi qədər onlarla mübarizə aparmır. Bu yerləri Qafqaz və Krımla əvəz etmək olar".

13.47

"Rusiya bütün ölkələrlə dostluq münasibətləri saxlayır".


Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin canlı yayım zamanı deyib. Onun sözlərinə görə, Moskva Türkiyənin dostu olaraq qalır, ancaq siyasi məsələlərlə bağlı bəzi problemlər qalıb.


Mövzu ilə bağlı 12 yaşlı Varvar Kuznetsova maraqlı sual ünvanlayıb: "Əgər Poroşenko və Ərdoğan batsaydı, kimi xilas edərdiz?"


Putin: "Kimsə batmağa qərar veribsə, onu xilas etmək olmaz. Əgər kimsə kömək istəyirsə, biz ona kömək etməyə hazırıq".

13:33

"Terror təhlükəsi hər bir ölkə üçün mövcuddur".


Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin canlı yayım zamanı vətəndaşların suallarını cavablandırarkən deyib:


"Terrorçuluğa qarşı mübarizədə beynəlxalq birlik vacibdir. Rusiyanın qırıcılarını Suriyadan çıxarması bizim bu məsələdən əl çəkdiyimiz anlamına gəlməməlidir. Əsəd ordusu çox güclüdür və Rusiyanın qalan hərbi varlığı ilə birlikdə çox uğurlu əməliyyatlar həyata keçirməyi bacarır".


Putin ümid edir ki, Suriyada yeni konstitusiya qəbul olunacaq və növbədənkənar seçkilər keçiriləcək.

13.26

Rusiya prezidenti Vladimir Putin canlı yayımda vətəndaşların suallarını cavablandırır.

Teleqraf.com xəbər verir ki, Putin ölkədəki iqtisadi vəziyyətdən danışıb. O bildirib ki, Qərbin tətbiq etdiyi sanksiyalar ölkədəki qiymətlərə təsir edib: "Bununla əlaqədar vətəndaşların maaşlarında və iş yerlərində azalma nəzərə çarpır. Qiymətlərdə 2,2 faiz artım müşahidə olunub. Rusiyanın beynəlxalq ehtiyatları 2014-cu ilin əvvəlindəki vəziyyətə qayıdıb".

Vətəndaşlardan biri bu məsələ ilə bağlı Putinə maraqlı sual verib: "Rusiyada hər kəs nəyəsə qənaət edir. Bəs siz nəyə qənaət edirsiz?"

Putin bu suala "Vaxtıma" deyərək cavab verib.

Samir


Müəllif:

Oxşar xəbərlər