16 Aprel 2016 19:10
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda səfərdə olan Avropa İttifaqının xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini İranın raket proqramının nüvə razılaşmasına aid olmadığını bəyan edib.

Teleqraf.com İran mediasına istinadən xəbər verir ki, Federika Mogerinin sözlərinə görə, Avropa Birliyi hesab edir ki, İranın raket proqramı Tehranla BMT Təhlükəsiz Şurasının 5 daimi üzvü və Almaniya arasındakı nüvə sazişinə aid deyil.

O, İranın Xarici işlər naziri Məhəmməd Cavad Zəriflə birgə brifinqdə deyib: “Biz hesab etmirik ki, İranın raket proqramı haqqında məsələ nüvə razılaşmasına aiddir”.

Mogerini bildirib ki, Avropa İttifaqı İran İslam Respublikası üzərindən nüvə proqramı ilə bağlı sanksiyaları yanvarın 16-da götürsə də, insan hüquqları ilə bağlı sanksiya qüvvədədir: “Bu, yeni sanksiya deyil”.

Aİ nümayəndəsi onu da vurğulayıb ki, Avropa İttifaqı iranlıların həyatının yaxşı olması üçün İslam Respublikası ilə müxtəlif tərəfli əməkdaşlıqda maraqlıdır: “Biz buraya İslam Respublikası ilə konstruktiv dialoqu yeniləmək üçün gəlmişik”.

Mogerini vurğulayıb ki, sanksiyalara qədər İran Avropa İttifaqının ən böyük ticarət partnyoru idi və indi təşkilat bu statusu qaytarmaq niyyətindədir.

O, onu da əlavə edib ki, İran və Avropa İttifaqı neft və qaz sahəsində, eləcə də elmi və mədəni mübadilənin əhəmiyyətli dərəcədə genişlənməsində razılaşıb: “Bu gün əməkdaşlıq haqqında dörd sənəd imzalanacaq”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər