17 Aprel 2016 21:30
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya rəsmiləri özünü "İslam Dövləti" adlandıran qruplaşmanın 2016 Avropa Futbol Çempionluğunda - Rusiya və İngiltərə arasındakı matç zamanı kimyəvi silahdan istifadə edə biləcəyindən ehtiyat edir.

Teleqraf.com xəbər verir ki, bu barədə "Sunday Times" qəzeti yazıb.

Komandaların qarşılaşması iyunun 11-də Marsel şəhərində olacaq.

Həm İngiltərə, həm də Rusiya Suriyada İD hədəflərini bombalayır, Fransa isə İD-ə qarşı koalisiya üzvüdür.

Qəzet yazır ki, belə halda belə hücum İD üçün "üçlü zəfər" ola bilər. Fransa polisi də İD-in yeni hədəfinin Euro 2016 olacağından narahatdır. Buna görə də, ya sinir hüceyrələrinə təsir edə bilən qazın istifadəsi və ya intihar bombaçısına qarşı qoruma tədbirlərinə başlanılıb.

Qəzet yazır ki, Britaniyanın terrorla mübarizə qrupu artıq Euro 2016-nın təşkilatçıları ilə görüşlər aparır.


Müəllif:

Oxşar xəbərlər