İngiltərədə içərisində 132 sərnişin və 5 ekipaj üzvü olan təyyarə təcili eniş edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, "British Airways" sərnişin təyyarəsi Londonun "Heatrow" aerportu yaxınlığında uzaqdan idarə edilən uçuş aparatı ilə toqquşub.
Hadisədən sonra Cenevrə-London reysini həyata keçirən "Airbus 320" tipli təyyarə təcili eniş üçün izin istəyib. İnsident zamanı xəsarət alan olmasa da, təyyarəyə ziyan dəyib.
London polisi faktla bağlı araşdırmalara başlayıb.
Samir