"Rusiya-NATO görüşləri o qədər "gizli" olub ki, Moskvanın belə bundan xəbəri yoxdur".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Xarici işlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Facebook hesabında yazıb.
NATO-nun baş katibinin müavini Aleksandr Verşbounun fikrinə münasibət bildirən Zaxarova bildirib ki, Rusiya və NATO iki il ərzində müxtəlif formatda 5 görüş keçirsə də, bu nəticəsiz olub.
Qeyd edək ki, Verşbounu Rusiya və NATO arasında 2 gizli görüşün baş tutduğunu deyib.
Samir