19 Aprel 2016 09:56
2 851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ədliyyə nazirliyi Krım Tatar Milli Məclisini radikal təşkilatlar siyahısına daxil edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı nazirliyin saytında məlumat yerləşdirilib:

"Krım Tatar Milli Məclisi 2016-cı ilin aprelin 18-dən etibarən radikal addımları səbəbindən fəaliyyətləri dayandırılan dini və sivil təşkilatlar siyahısına daxil edildi".

Qeyd edək ki, Rusiyanın Krıma təyin etdiyi Natalya Poklonskaya fevralın 15-də Krım Ali Məhkəməsinə müraciət edərək Krım Tatar Milli Məclisinin fəaliyyətinə xitam verilməsini istəmişdi.

Samir


Müəllif:

Oxşar xəbərlər