19 Aprel 2016 22:50
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran bu gün növbəti dəfə ballistik raket buraxılışını həyata keçirib.

Teleqraf.com “Kommersant”a istinadən xəbər verir ki, İran ballistik raketin sınaq buraxılışını həyata keçirib. Raketin xüsusiyyətləri barədə məlumat verilmir.

Rusiyanın Armavir və Orsk şəhərləri yaxınlığında yerləşən radiolokasiya stansiyaları (RLS) raketin koordinatlarını qeydə alıb.

Bakı vaxtı ilə 13.33-də qeydə alınan raket buraxılışı Səmnan poliqonundan həyata keçirilib. Raketin uğurla sınaqdan keçirildiyi qeyd olunur.

“Hazırda rusiyalı mütəxəssislər sınaqdan keçirilən raketin tipini və mümkün xüsusiyyətlərini müəyyənləşdirməyə çalışırlar”, - deyə nəşr qeyd edib.


Müəllif: