22 Aprel 2016 13:15
2 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Suriyada Rusiya hərbi qüvvələri İsrail qırıcısına atəş açıb".

Teleqraf.com "Reuters" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı İsrailin "Yeioth Ahronoth" qəzeti məlumat yayıb.

Məlumatlara görə, İsrail qırıcısına iki dəfə atəş açılıb. İsrailin baş naziri Binyamin Netanyahunun Moskva səfəri öncəsi yayılan xəbərdə insident zamanı Rusiya ə İsrail döyüş təyyarələri arasında gərginliyin yaşandığı bildirilib. Açılan atəş İsrail qırıcısından yan keçib. Məsələ ilə əlaqədar heç bir tərəf rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Netanyahu Moskvaya iki ölkə arasında təhlükəsizlik məsələlərini müzakirə etmək üçün səfər edəcək.

Samir


Müəllif:

Oxşar xəbərlər