"Qiymətlərin aşağı düşməsinə baxmayaraq, İran neft hasilatını dayandırmayacaq".
Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijen Namdar Zengene Rusiyanın təklifinə cavab olaraq deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda İran neft hasilatını 1 milyon barelə qədər artırmaq niyyətindədir: "Doha görüşü nəticəsiz qalsa da, biz bunu OPEK-ə üzv olan və olmayan ölkələrin neftin qiymətinə görə bir araya gəlməsi baxımından uğurlu sayırıq".
Samir