Türkiyənin "Qala" şirkəti Rusiyada fəaliyyətini dayandırıb.
Teleqaf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı şirkətin idarə heyətinin rəhbəri Zeynəb Bodur Okyay deyib.
Onun sözlərinə görə, kimyəvi maddələr sektorunda fəaliyyət göstərən müəssisə Rusiyadakı problemlər səbəbindən bağlanıb.
Qeyd edək ki, adı çəkilən müəssisə ilk dəfə 2008-ci ildə fəaliyyətə başlamışdı.
Samir