Ermənistan Silahlı Qüvvələri bu gün axşam saatlarından başlayaraq cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutublar.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib.
Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutub.
Hazırda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin susdurulması üçün atəş nöqtələrinə cavab zərbələri endirir.
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozub: “Cəbhədə baş verən hadisələrə görə erməni tərəfi birbaşa məsuliyyət daşıyır”.