27 Aprel 2016 13:13
3 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə "Akkuyu" Atom-Elektrik Stansiyasını (AES) inşa edən Rusiyanın "Rosatom" korporosiyası səhm paketinin 49 faizini çatışa çıxarıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, buna səbəb "Rosatom"un maliyyə problemləri ilə üzləşməsidir. Şirkət AES-də 100 faiz paya sahibdir.

Türkiyənin Mərsin vilayətində 2015-ci ildə təməli qoyulan və ilk AES-i olacaq "Akkuyu"nun tikintisi ilə bağlı müqavilə 2010-cu ildə imzalanıb. 4 reaktordan ibarət stansiya 2023-cü ildə təhvil verilməli idi.

Rusiya şirkətinin bu addımından sonra AES-in taleyi ilə bağlı hər hansı şərh yoxdur.

Mahir


Müəllif:

Oxşar xəbərlər