İran İslam Şura Məclisinə seçkilərin ikinci turu başlayıb.
"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.
Məlumata görə, ölkənin 21 əyalətində 55 dairə üzrə 69 yerə 136 nəfər namizədliyini irəli sürüb. Onların 53-ü mühafizəkar, 38-i islahatçı xətt tərəfdarı, 45-i isə müstəqil namizəd sayılır.
İkinci turda 17 milyon seçicinin səsvermədə iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, İranda parlament seçkiləri bu ilin fevralın 26-da keçirilib. Həmin tarixdə parlamentdəki 290 yerə 221 deputat seçilə bilib. Onların 46 faizi mühafizəkar, 37,5 faizi islahatçı, 16,5 faizi isə tərəfsiz sayılır.