29 Aprel 2016 15:39
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Polşa hökuməti Qələbə Günü ilə əlaqədar Avropaya yürüş etməyə hazırlaşan Rusiyanın "Gecə canavarları" motosiklet klubunu ölkəyə buraxmaqdan imtina edib".

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Polşanın Moskvadakı səfirliyinin mətuat katibi Bartoş Çixotskov məlumat verib.

Bu bəyanatdan sonra Polşanın Moskvadakı səfiri Katajina Pelçinskaya-Nalenç Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, "Gecə canavarları" Avropada Böyük Vətən müharibəsi zamanı həyatını itirən əsgərlərin abidəsini ziyarət etməyi planlaşdırmışdı.

Samir


Müəllif:

Oxşar xəbərlər