6 May 2016 17:47
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış türkiyəli yazar Elif Şafakın İngiltərənin “Guardian” qəzetinə dərc edilən yazısı böyük səs-küyə səbəb olub.

Teleqraf.com xəbər verir ki, yazar məqaləsində Türkiyənin hazırki durumu ilə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, “Türkiyənin müasir siyasi tarixində ən ixtilafçı lider olan Erdoğan” özünün azad söz və təməl azadlıqlara qarşı hücumları ilə ölkəni daha böyük xaosa sürükləyəcək: “İndi Türkiyədə erməni, kürd, gey, qadın və ya yəhudi olmaq çox çətindir. Bu ölkədə söz azadlığı demək olar ki yoxdur”.

Türkiyə mediası bu yazı ilə Elif Şafakın “Nobel” mükafatına iddialı olduğunu yazıb: “Orhan Pamukdan sonra Elif Şafak da bu addımla “Nobel”ə bir addım daha yaxınlaşdı”.

Samir


Müəllif:

Oxşar xəbərlər