11 May 2016 23:12
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlı qruplaşmalar tərəfindən Suriyanın Homs vilayətinin atəşə tutulması nəticəsində ağır yaralanmış rusiyalı hərbçi həlak olub.

Virtualaz.org "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, həlak olmuş əsgər ölümündən sonra dövlət mükafatına təqdim olunub. Bu barədə məlumatı Rusiyanın Suriyadakı "Xmeymim" hərbi bazasının nümayəndsəsi verib.

"Homs vilayətində Rusiyanın Düşmən tərəflərin barışdırılması üzrə mərkəsizinin avtomobil dəstəsinin müşayiət edilməsi tapşırığını yerinə yetirərkən, silahlıların atəşi nəticəsində rusiyalı hərbçi Anton Yerıgin ağır yaralanıb", - mənbə belə bildirib.

Hərbçi təxirə salınmadan hospitala çatdırılıb və burada rusiyalı hərbi həkimlər iki sutka ərzində onun həyatı uğrunda mübarizə aparıblar, lakin Yerıgini xilas etmək mümkün olmayıb.


Müəllif:

Oxşar xəbərlər