Şimali Koreyanın rəsmiləri Rusiya diplomatlarına dünən Yapon dənizində KXDR hərbçiləri tərəfindən saxlanılan Rusiyalı idmançılara məxsus "Elfin" yaxtasının azad ediləcəyinə dair söz veriblər.
Musavat.com Rusiya mediasna istinadən xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqor bildirib.
Rusiya səfirliyinin işçiləri yaxtanın Şimali Koreyanın Kimçak limanından çıxmasına dair informasiyanı dəqiqləşdirməyə çalışarkən öyrəniblər ki, yaztanın çıxışı əlverişsiz hava şəraiti üzündən ləngiyir.
Qeyd edək ki, "Elfin" yaxtsı dünən KXDR-in sahil mühafizəçiləri tərəfindən sahildən 85 mil aralıda saxlanılıb və Şimali Koreya tərəfə aparıb.
Yaxtanın saxlanılarkın neytral sularda olub.