İngiltərənin baş naziri David Kameron bildirib ki, İngiltərə Avropa Birliyindən ayrılsa Rusiya prezidenti Vladimir Putin və İŞİD lideri Əbubəkir Bağdadi bundan məmnun olacaqlar.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Kameron Dünya İqtisadi Forumunda çıxışında qeyd edib ki, İngiltərənin AB-də qalıb-qalmamasına dair keçiriləcək referendumda xalqın təcrid siyasətini dəstəkləməyəcəyinə ümidini ifadə edib: "Dostlar bildirirlər ki, bu sizin seçiminizdir. Amma onlar eyni zamanda bizi bir yerdə görmək istəyirlər. AB-dən çıxmağımız yalnız Putin və Bağdadini sevindirə biləcək. Biz NATO və AB ilə çox yaxşı əməkdaşlıq edirik".
Ayxan