18 May 2016 11:01
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Türkiyənin İŞİD terror təşkilatına yardım etməsini sübuta yetirsə, istefa verəcəm”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Vyanada görüşü zamanı deyib.

O, Lavrovun “Türkiyə İŞİD-in əməllərinə göz yumur” fikrinə sərt reaksiya verib: “Siz ciddi diplomatsız. Aramızda ən təcrübəli şəxslərdənsiz. Belə qeyri-ciddi iddialar irəli sürmək lazım deyil. Mən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirlərini təkrarlamaq istəyirəm. Sübutlarınız varsa, göstərin. Yoxdursa, sizi Antalyaya qonaq dəvət edirəm”.

Görüş zamanı Lavrovun bu sözləri təmkinlə dinləməsi diqqət çəkib.

Samir


Müəllif:

Oxşar xəbərlər