19 May 2016 10:36
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilab Keşikçiləri Korpusu (Sepah) qüvvələri sıralarında Suriyaya göndərilən iranlı axund Məcid Süleymaniyan bu ölkədə gedən döyüşlərdə həlak olub.

Teleqraf.com GünAZ TV-yə istinadən xəbər verir ki, Bəşər Əsəd hökumətinə dəstək vermək üçün Suriyaya göndərilən axund Məcid Süleymaniyan mayın 17-də bu ölkənin Hələb əyalətində Əsəd rejiminə qarşı vuruşan müxalif qüvvələr tərəfindən öldürülüb.

Onun meyitinin ölkəyə gətirilib-gətirilmədiyi mediaya açıqlanmayıb.

Xatırladaq ki, İran Bəşər Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son illərdə Suriya hökumətinə dəstək məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Öldürülənlər arasında “Sepah” komandirləri də var.

Bəkir


Müəllif:

Oxşar xəbərlər