19 May 2016 11:55
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Paris və bir çox şəhərlərində yeni əmək qanununa qarşı etirazlar başlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, nümayişlər zamanı polislə etirazçılar arasında toqquşmalar baş verib. Çox sayda insanın xəsarət aldığı bildirilir. Məlumatlara görə, polis etirazçılara qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Ölkədə bir çox sahələrin işçiləri tətilə başlayıb.

Yerli medianın yaydığı xəbərlərdə bildirilib ki, çox sayda polis hüquqlarının pozulması səbəbindən etirazçılara qoşulub. Onlar bir polis avtomobilinə od vurublar.

Məsələ ilə bağlı öz tvitter hesabında açıqlama verən Fransa prezidenti Fransua Olland xalqı təhqir edib: "Hadisələr zamanı 1000-dən çox qarətçi həbs edilib, 350 polis yaralanıb. Bu qanunu imzalayacam və geri çəkilmək niyyətim yoxdur".

Qeyd edək ki, adı çəkilən qanun layihəsi Fransanın əmək naziri, Mərakeş əsilli Miriam Əl Xomri tərəfindən hazırlanıb: "Bu qanununun əsas məqsədi ölkədəki işsizlik problemini aradan qaldırmaqdır. Fransada işsizlik 10 faiz təşkil edir. 20 il əvvəl də belə idi". Fransanın baş naziri Manuel Vals da qanuna dəstək verdiyini deyib.

Samir


Müəllif:

Oxşar xəbərlər