22 May 2016 22:18
530
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransanın baş naziri Manuel Vals İsrailə səfəri zamanı bəyan edib ki, Fransa “İraq Şam İslam Dövləti” terror təşkilatının bir nömrəli hədəfidir. Musavat.com xəbər verir ki, məlumatı BFMTV yayıb.
“İŞİD üçün Fransa bir nömrəli hədəfdir. Hazırda təhlükə həddin artıq yüksəkdir”, - baş nazir bildirib.
Manuel Vals əlavə edib ki, təhlükə altında olan ölkələr terrorçuluqla mübarizəyə 100% cəlb olunmalıdırlar.
Qeyd edək ki, Fransa əks-kəşfiyyatının nümayəndəsi Patrik Kalvar da bildirib ki, İŞİD Fransada yeni terror aktları planlaşdırır.
Musavat.com

Müəllif:

Oxşar xəbərlər