23 May 2016 10:18
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının təşkilatçılığı ilə İstanbulda Birinci Dünya Humanitar Sammiti öz işinə başlayıb.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, 177 ölkənin nümayəndəsi, o cümlədən 65 dövlət və hökumət başçısı sammitin keçiriləcəyi İstanbul Konqres Mərkəzinə toplaşıblar.

Liderlər ilk olaraq səhər yeməyində masa ətrafında əyləşiblər. Yeməkdən sonra lidelər ailə fotosu çəkdirəcək. Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açılış nitqi ilə çıxış edəcək.

Qeyd edək ki, 2 gün davam edəcək sammitdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edirlər.

Samir


Müəllif:

Oxşar xəbərlər