“Donald Trampın nüvə razılaşmasının yenidən müzakirəyə çıxarılması ilə bağlı bəyanatı qəbuledilməzdir”.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Stokholmda səfərdə olan İranın xarici işlər naziri Məhəmmədcavad Zərif jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, nüvə danışıqlarının yenidən başlaması mümkün deyil: “Əldə edilən nüvə sazişi İranla Amerika arasında olan bir müqavilə deyil ki, respublikaçıların prezidentliyə namizədi və ya hər hansı başqa bir şəxs onun yenidən müzakirəyə çıxarılmasını tələb etsin. Nüvə sazişi BMT Təhlükəsizlik Şurasının qətnamələrindən birinə əlavə edilən bir müqavilədir”.
Samir