İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin ölümünün 27-ci ildönümündə onun məqbərəsi önündə çıxış edən İranın dini lideri Əli Xamneyi Amerikaya qarşı sərt bəyanatlar səsləndirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, çıxışı zamanı xarici düşməndən, nüvə sazişindən və Ruhani hökumətinin fəaliyyətindən danışıb.
Xamneyi deyib ki, hakimiyyəti təmsil edən bəzi şəxslər Amerika ilə sıx əməkdaşlıq edirlər: “İslam yolunda hərəkət edən kimsə Amerikaya etimad göstərsə, böyük səhvə yol vermiş olur. Çünki bu gün ölkəmizə qarşı atılan addımlar daha çox Amerika və İngiltərə tərəfindəndir. Hesab edirəm ki, həmin şəxslər Amerika ilə sərhəd saxlamalı, onunla öz sıralarını müəyyənləşdirməlidirlər.
Biz "Böyük altılıq" ilə nüvə danışıqları zamanı müəyyən nəticələr əldə etdik. Qərblə aparılan nüvə danışıqları təcrübəsi göstərdi ki, əgər biz mövqeyimizdən geri çəkilsək də, Amerika öz dağıdıcı rolundan əl çəkməyəcək".
Samir