5 İyun 2016 18:14
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Pekinə xəbərdarlıq edib. Con Kerri bildirib ki, Cənubi Çin dənizində hava hücümündan müdafiə zonasınıın yaradılması "təxribat və sabitliyi pozan addım kimi" qiymətləndiriləcək.

Monqolustana qısa səfəri zamanı Kerri jurnalistlərə bildirib ki, belə hərəkətlər Asiya ölkələri ilə Çin arasında gərginliyi artırır.

Çin rəsmilləri ABŞ Dövlət Departamenti rəhbərinin tənqidini rədd edərək hədələrdən qorxmadıqlarını bildiriblər.
Bölgə dövlətləri ilə Çin arasında Cənubi Çin və Şərqi Çin dənizlərində ərazi sularının sərhədinə dair ziddiyyətlər mövcuddur.

Misal üçün, Cənubi Çin dənizində Spratly arxipelaqı adalarına Çin ilə yanaşı Vyetnam, Tayvan, Malayziya, Filippin və Bruney də iddialıdırlar.

Həmin adalarda iri neft və qaz yataqları kəşf olunub. 2014-cu ildə Çin hərbi infrastrukturun yerləşdirilməsi məqsədilə Spratly arxipelaqının bir neçə rifinin adaya çevrilməsi layihəsini başa çatdırıb.


Müəllif:

Oxşar xəbərlər