“Donbasda döyüş əməliyyatlarının aktiv mərhələsi bərpa olunacaq”.
Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu proqnozla məşhur könüllü, “Dön, həyat veririk” layihənin banisi Vitali Deyneqi çıxış edib.
“Əgər tonqalın yanında benzinlə dolu qab varsa, o gec-tez partlayacaq. Əsas sual odur ki, qığılcım hansı anda benzinə düşəcək və proses dönməz xarakter alacaq”, - Dondasdakı mövcud vəziyyəti şərh edən könüllü qeyd edib.
Ancaq onun fikrincə, Ukrayna müharibəni qısa müddətə uda bilməyəcək: “Rusiyaya uzunmüddətli müharibə əlverişli deyil. Prinsip etibarilə həmçinin bizə. Biz texnikanın həcmi və keyfiyyətində separatçılara uduzuruq. Texnikanın bərpası və müqaviləli ordunun yaradılması üçün Ukraynaya 3-5 il lazımdır”.
Bundan sonra, Deyneqinin sözlərinə görə, “xorvat ssenarisi” (qəfil və qətiyyətli hücum Xorvatiyaya 1995-ci ildə “Serb Krainası” separatçı rejimi ləğv etməyə imkan verib – red.) həyata keçirilməlidir.