İspaniyanın 17 regional icra nümayəndəliyi və Qalisya bölgəsinin parlamenti "Erməni soyqırımı" layihəsini tanımaqdan imtina edib.
Teleqraf.com xəbər verir ki, Qalisya Parlamentindəki Karma fraksiyası tərəfindən 25 apreldə gündəmə gətirilən qanun layihəsi 32 nəfər lehinə, 38 nəfər əleyhinə olmaqla rədd edilib.
Layihəni mühafizəkar sağyönümlü Xalq Partiyası dəstəkləməyib. Aşırı sol, Qalisya milliyətçiləri və Sosialist Əmək Partiyası layihəyə səs veriblər.
Türkiyənin Madriddəki səfiri Ömer Önhon Qalisya parlamentinin qərarını ədalətli sayıb. İspaniya parlamenti 2015-ci ilin may ayında qanun layihəsini tanımamışdı.
Ayxan