14 Aprel 2021 15:56
1 826
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türklər və azərbaycanlılar bizim düşmənimizdir, bu məsələ müzakirə oluna bilməz”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Parlament sədrinin müavini Alen Simonyan Baş nazirdən türklərin düşmən olub-olmadığını soruşub.

“Bu məsələnin niyə müzakirə olunduğunu anlaya bilmirəm. Qarabağdakı son müharibənin özü bu suala cavab verir. Bəli, türklər, azərbaycanlılar bizim düşmənlərimizdir və onlar da bizi düşmən sayırlar. Amma bu düşmənçiliklə nə edəcəyik, bu düşmənçiliyi nə vaxta qədər uzadacağıq?”, - Baş nazir Simonyana cavabında bildirib.

Ermənistanda düşmənçilik haqqında diskussiya Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın qalmaqallı bəyanatından sonra başlayıb. Müsahibələrdən birində Türkiyənin düşmən olub-olmadığı soruşulduqda, Qrigoryan buna “Yanaşmalarımızı yenidən nəzərdən keçirməliyik” cavabını verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər