19 Mart 16:32
1 777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Mir” sisteminin kartları martın 30-dan etibarən əksər Ermənistan banklarının bankomat və POS terminallarında fəaliyyətini dayandıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə RBK “Ermənistan VTB”yə istinadla məlumat yayıb.

“Martın 30-dan etibarən istifadəçilər POS terminallarda nağdsız ödənişlər həyata keçirə və respublikanın digər banklarının bankomatlarından nağd pul çıxara bilməyəcəklər”, - maliyyə qurumunun nümayəndəsi deyib.

Hazırda Ermənistanda VTB-nin (Rusiya bankı) 53 filialı fəaliyyət göstərir, bunların da təxminən yarısı İrəvanda yerləşir. Müştərilər ölkə daxilində yerləşən 190-dan çox bankomatdan istifadə edə bilirlər.


Müəllif: Mənsur Rəğbətoğlu