29 Mart 11:07
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “RTR-Planet” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” verilişlərinin Ermənistanda yayımı bloklanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar nazirinin müavini Avet Poqosyan məlumat verib.

Nazir müavini qərarın qanun pozuntuları faktı əsasında verildiyini bildirib.

“Qeydə alınan davamlı qanun pozuntuları faktı “RTR-Planet” telekanalının “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” verilişlərinin Ermənistan ərazisində yayımına mane olub”, - Poqosyan vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu