6 May 21:06
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Macarıstan hər iki ölkənin səfirliklərinin açılması barədə razılığa gəliblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.

XİN rəhbəri qeyd edib ki, Ermənistanla diplomatik münasibətlər bərpa olunandan bəri onlar ölkə iqtisadiyyatının çiçəklənməsinə yönəlmiş əhəmiyyətli mütərəqqi addımlar ata biliblər.

“Ötən il iqtisadi inkişafımız və ticarət dövriyyəmiz 70%-ə çatıb", - macar nazir vurğulayıb.


Müəllif: Teleqraf.com