18 May 15:09
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzur dəhlizi 2028-2029-cu illərdə istismara verilə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin infrastruktur və nəqliyyat naziri Abdulkadir Uraloğlu deyib.

Onun sözlərinə görə, Türkiyənin Qars şəhərini Naxçıvan Muxtar Respublikasına həmsərhəd İğdır şəhəri ilə birləşdirəcək dəmir yolunun tikinti işlərinə bu ilin sonunda başlanacaq.

Həmçinin nazir qeyd edib ki, Naxçıvanla Zəngilan rayonu arasında dəmir yolu xəttinin tikintisi də bir neçə il çəkə bilər.

“Zəngəzur dəhlizinin açılması nəticəsində Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin qurulması üçün yeni mühüm alternativ yaranacaq”, - Uraloğlu qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər