8 May 15:10
6 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Belarus vətəndaşı Yaroslav Novikova qaçqın statusu verib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili Araik Papikyan məlumat verib.

“Yaroslav yenicə qaçqın statusu alıb, sərbəst buraxılacaq”, - Papikyan bildirib.

Xatırladaq ki, Yaroslav Novikov fevralın 2-də Ermənistan-Gürcüstan sərhədini keçərkən saxlanılıb. 2023-cü ildə ona qarşı Belarusda “hərbi xidmətdən yayınma” ittihamı ilə cinayət işi açılıb. Ötən ilin sentyabrında həmin şəxs barəsində beynəlxalq axtarış elan edilib.

Belarusun müraciətinə baxmayaraq, Novikovun təhvil verilməməsi Minsklə İrəvan arasında gərginliyə səbəb olub. Hətta buna görə Belarus Ermənistandan spirtli içki idxalını dayandırıb, Prezident Aleksandr Lukaşenko İrəvanı sərt tənqid edib.


Müəllif: Mənsur Rəğbətoğlu