Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan sosial mediada Afrikada keçirdiyi tətilindən fotolar yayımlayıb.
Teleqraf.com xəbər verir ki, Anna Afrikaya qızı Mariam Paşinyanla gedib.
Erməni istifadəçilər Akopyanla ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın “Afrika fotosessiyası” arasında müqayisə aparıblar. Onların sözlərinə görə, Anna özünü ABŞ-ın yeni birinci xanımına oxşatmağa çalışıb.
Erməniləri qıcıqlandıran bir başqa məqam isə Annanın fotoları Ermənistanın kapitulyasiyası aktının - 10 noyabr bəyanatının imzalanmasının 4-cü ildönümündə yayımlamasıdır.
Fotoları təqdim edirik: