5 Noyabr 11:29
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Revanşist müxalifət hərəkatının lideri, keşiş Baqrat Qalstanyan Rusiyaya dəstək axtarışı üçün gedib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” yazır.

“Müxalif siyasi dairələrdə Baqratın qayıdışını təngnəfəsliklə gözləyirlər. Ötən həftə onun tibbi müayinə üçün iki günlük xaricə getdiyi açıqlanıb. Yepiskopun Moskvaya getdiyi və bəzi siyasi dairələrlə görüşlərinin planlaşdırıldığı da bildirilmişdi.

Yepiskopun yaxın ətrafından öyrəndik ki, o, bu gün Ermənistana qayıdacaq. Yəqin ki, yaxın günlərdə hərəkatın xaricdən dəstək alıb-almadığı, Rusiyada yaşayan imkanlı ermənilərin hərəkat, yoxsa Nikol Paşinyanın tərəfində olub-olmadığı məlum olacaq”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər