10 Noyabr 18:05
3 697
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Ermənistanla ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu İran Ticarət Təşkilatının təmsilçisi Əkbər Qodari deyib.

“Bizim ilk mərhələdə Ermənistana ixracı 1 milyard, uzunmüddətli perspektivdə isə 3 milyard dollara çatdırmaq məqsədimiz var. Gələn il bu ölkə ilə ticarətdə 20-30 faizlik artım gözləyirik”, - qurum rəsmisi bildirib.

Qodari qeyd edib ki, İran Çin və Rusiyadan sonra Ermənistanın üçüncü ticarət tərəfdaşıdır.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər