Suriya hökumətinə bağlı qüvvələrin Afrinə daxil olduğu barədə xəbərin yayılmasından dərhal sonra bölgədə hərəkətlilik artıb.
Teleqraf.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, türk qırıcıları Bəşər Əsəd rejiminə bağlı güclərin girdiyi bölgəni bombalamağa başlayıb.
Suriya dövlət televiziyası Əsəd ordusuna havadan ağır zərbələr endirildiyinə dair məlumat yayıb.
Xatırladaq ki, bu gün “Röyters” agentliyi Suriya hökumətinə bağlı qüvvələrin Afrinə daxil olduğunu qeyd edib.