Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşüb.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, nazirlər arasında görüş qısa davam edib.
XİN rəsmisi qeyd edib: “Görüşdə əsasən əsas müzakirə mövzusunun Dağlıq Qarabağ məsələsi olub. Qoşunların qarşıdurma xəttində vəziyyət müzakirə olunub”.
Qeyd edək ki, Ermənistan XİN rəhbəri E.Nalbandyan bu gün Moskvaya gəlib.
***
Ermənistandakı situasiyanın tezliklə konstitusion yollarla həll ediləcəyinə ümid edirik.
Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin Mətbuat katibi Dmitri Peskov deyib. O, Ermənistandan Moskvaya gələn nümayəndə heyətinin Kremldə hansısa danışıqlar aparmasının planlaşdırılmadığını deyib.
Peskov danışıqların Xarici İşlər Nazirliyində aparılacağını bildirib.
***
Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan Moskvaya xüsusi nümayəndə heyəti ilə gəlib.
Bunu “RİA Novosti” agentliyinə açıqlamasında rusiyalı deputat Leonid Kalaşnikov deyib. O, Nalbəndyanın rus deputatları ilə görüşünün planlaşdırılmadığını bildirib.
Kalaşnikov Nalbəndyanın görüşlərinin Rusiya Xarici İşlər Nazirliyində olacağını deyib.