7 Dekabr 2018 13:03
1 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz daim keçmişimiizi, Azərbaycan parlamentinin qurucuları və üzvlərini yad edirik. Bu yaxınlarda parlamentin 100 illiyi ilə bağlı tədbir keçirdik və orada bir daha parlament üzvlərini yad etdik".

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov deputat Fazil Mustafanın qaldırdığı məsələyə münasibət bildirərkən deyib.

Spiker əlavə edib ki, Azərbaycan parlamenti haqqında kitab çap olunacaq və orada parlamentin ilk üzvləri, tariximiz geniş təbliğ olunur:

“Eyni zamanda parlamentin 100 illiyi ilə bağlı yubiley medal yəqin ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü Bayramı ərəfəsində təqdim ediləcək. Hesab edirəm ki, bu gün bayram günüdür və bu səbəbdən də Fazil Mustafanın parlament qurucularının xatirəsini bir dəqiqəlik sükutla yad etmək təklifini düzgün saymıram".

Xatırladaq ki, Fazil Mustafa çıxışı zamanı Azərbaycan parlamenti qurucuları və üzvlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. O, habelə M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsizadəyə parlamentin 100 illiyi ilə bağlı medal təqdim edilməsi təklifini də irəli sürüb.


Müəllif: Cavad