22 Fevral 2019 00:14
2 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfəri çərçivəsində Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) ilə təxribaxt cəhdləri Türkiyə mediasının da gündəmində yer alıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmən PUA-sının zərərsizləşdirilməsi xəbəri Türkiyənin nüfuzlu nəşrlərində “Azərbaycan kəklik kimi ovladı, Ermənistan çaşqınlıq içində” başlığı ilə yayımlayıb.

Türk saytları Azərbaycan Müdafiə Nazirliyinin yaydığı fotoları da paylaşıb.


Müəllif: Teleqraf.com