16 Sentyabr 2020 10:00
1 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ-ın koronavirus peyvəndi bir neçə həftə sonra hazır ola bilər".

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ölkə telekanallarından birinə müsahibəsində deyib.

"Peyvəndə çox yaxınıq. Həqiqəti bilmək istəsəniz, əvvəlki rəhbərlik olsaydı, FDA-nın (ABŞ Qida və Dərman İdarəsi) təsdiqləmələri səbəbiylə peyvəndin hazırlanması illər çəkərdi. Ancaq bizim peyvəndi almaq üçün bir neçə həftə qalıb. Bu, 3-4 həftə ərzində də ola bilər", - deyə o bildirib.


Müəllif: Yeganə Oqtayqızı