Ermənistan qoşunları Moskvada razılaşdırılmış humanitar atəşkəsi pozub.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev Tvitter hesabında qeyd edib.
“Bu gün Ermənistanın Silahlı Qüvvələri Moskvada razılaşdırılmış müvəqqəti humanitar atəşkəsi pozaraq Azərbaycanın Silahlı Qüvvələrinin Cəbrayıl və Hadrut bölgələrindəki mövqelərinə hücum etməyə cəhd göstəriblər. Düşmən ağır itkilər verib və geri çəkilib”, - deyə Hacıyev vurğulayıb.